Lavrov ABŞ-ın özünü bəşəriyyətin xilaskarı olaraq göstərməyə çalışdığını bildirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov verdiyi müsahibədə ABŞ-ı tənqid edib.

 

"Barak Obamanın hakimiyyətə gəldiyi vaxtdan etibarən Rusiya ilə münasibətləri bilərəkdən pisləşdirməyə başladılar. Bu gün münasibətlər ən gərgin dövrlərini yaşayır", - deyə Sergey Lavrov diqqətə çatdırıb.

 

Sergey Lavrov açıqlamasında bildirib ki, ABŞ-ın Yaxın Şərqdə çox təhlükəli oyunlar oynayır və bölgənin təhlükəsizliyini pozur.

 

"ABŞ özünü bəşəriyyətin gələcəyini təyin edən dövlət kimi xarakterizə etmək istəyir. Amma Çin, Rusiya və digər dövlətlər olan yerdə ABŞ-ın bunu etməsi çətin məsələdir. ABŞ-ın bu addımları yaxşı nəticə verməyəcək", - deyə Xarici İşlər naziri qeyd edib.




Mənbə: Sputniknews Oxunub: 159 dəfə; Tarix: 2020-09-18 14:32
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!