Livanın siyasi qrupu ABŞ-ı ittiham etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının parlamentdəki "Əl-Vəfa əl-Müqavimət" qrupu ABŞ ilə bağlı yazılı açıqlama yayıb.

 

Yazılı açıqlamada vurğulanıb ki, ABŞ Livanın sabitliyini və suverenliyini pozmaq üçün İsrail rejimini dəstəkləyir.

 

"Livan xalqı ABŞ-ın da, İsrail rejiminin də bütün planlarını anlayır. Bu planlar gec və yaxud tez düşmənlərin ziyanı ilə yekunlaşacaq", - deyə açıqlamada diqqətə çatdırılıb.

 

Qeyd olunub ki, ABŞ hal-hazırda Livanda hökumətin fəaliyyətini pozmaqla bağlı məsuliyyət daşıyır.




Mənbə: AlManar Oxunub: 181 dəfə; Tarix: 2020-09-18 14:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!