Yeni yaradılan "Qasim əl-Cabbarin" qrupu ABŞ koalisiyasına hücumun məsuliyyətini üzərinə götürdü


Eastnews.org-un verdiyi xəbərə görə, İraqda yeni yaradılan "Qasim əl-Cabbarin" silahlı qruplaşması ABŞ hərbi konvoylarına edilən hücumların məsuliyyətini öz üzərinə götürüb.

 

"Qasim əl-Cabbarin" qrupu ölkənin iki bölgəsində ABŞ koalisiya qoşunları karvanına hücumun məsuliyyətini öz üzərinə götürən açıqlama yayıb.

 

Açıqlamaya görə, "Qasim əl-Cabbarin" qrupu Bağdadda iki ABŞ hərbi konvoyunun marşrutu üzərinə bomba yerləşdirib. Əməliyyat xüsusi olaraq Bağdadın cənubundakı əl-Lətifə və İraqın paytaxtının qərbindəki Əbu-Qureyb bölgəsində keçirilib. Əməliyyat zamanı ABŞ hərbi texnikası məhv edilib.




Mənbə: Mehr News Agency Oxunub: 300 dəfə; Tarix: 2020-09-18 12:01
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!