İran rəsmisi Natanzdakı hadisədən danışdı


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Kazım Qəribabadi AEBA-nın idarə heyətinin iclasında çıxış edib.

 

Çıxışı zamanı İranın AEBA baş meneceri Rafael Qrossinin hesabatı ilə əlaqədar İranın münasibətini açıqlayaraq, “İran İslam Respublikası nüvə təhlükəsizliyinə böyük əhəmiyyət verir. Daha əvvəl də bildirdiyimiz kimi, Natanz Nüvə Zavodunda baş verən son hadisə təxribat idi. Bu cür təhlükəli macəraçılıq barədə xəbərdarlıq edirik. Bu pis niyyətli hərəkətlər agentlik və üzvləri tərəfindən kəskin şəkildə pislənilməlidir”, - deyib.

 

Qəribabadi "Bir nüvə obyektinə hər hansı silahlı hücum və ya təhdid BMT müqaviləsi, agentlik və beynəlxalq hüququn prinsiplərinin pozulması olaraq qəbul edilir", - deyə bildirib.

 

İranla AEBA arasındakı əməkdaşlığın qanuni çərçivələrə uyğun olması lazım olduğunu vurğulayan Qəribabadi agentliyin bütövlüyünü qorumaq üçün üzvlərin hər hansı bir təzyiqdən çəkinmələrini söyləyib.

 

ABŞ-ın İranın nüvə proqramı ilə bağlı iddialarına toxunan Qəribabadi "ABŞ və sionist rejim uzun illərdir AEBA-nı və beynəlxalq cəmiyyəti çaşdırmaq üçün İranın nüvə silahı ehtimalı və guya gizli fəaliyyətlərindən bəhs edir. Ancaq bu xəyali silah haqqında bu günə qədər heç bir xəbər yoxdur”, - deyə bildirib.




Mənbə: Mehr Oxunub: 93 dəfə; Tarix: 2020-09-17 16:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!