Venesuelada ABŞ casusları həbs edildi
Eastnews.org-un verdiyi xəbərə görə, Karakas məhkəməsi ötən həftə Venesuelada casusluqda şübhəli bilinərək, saxlanılan ABŞ vətəndaşı Mettyu Con Hit və yeddi yerli vətəndaşın həbs edilməsinə qərar verib.
Bu barədə ötən gün respublika Ali Məhkəməsinin açıqlamasında bildirilib.
Xatırladaq ki, sentyabrın 11-də Venesuela Prezidenti Nikolas Maduro ölkənin hüquq-mühafizə orqanlarının ABŞ-ın kəşfiyyat agentlərini respublikanın qərbindəki neft emalı zavodlarından birinin ərazisində saxladığını açıqlayıb. Daha sonra Venesuela Baş Prokurorluğu Hiti terrorçuluq ittihamı ilə mühakimə edib.
Venesuelanın baş prokuroru Tarek Viliyam Saabın verdiyi məlumata görə, ABŞ vətəndaşı Venesueladakı ortaqlarının dəstəyi ilə "neft sənayesi və milli elektrik sisteminə qarşı təxribat aktları" planlaşdırırmış. Yaxalanması zamanı ondan bir neçə silah müsadirə edilib, telefonunda neft emalı zavodlarının və hərbi obyektlərin fotoları tapılıb. Saabın verdiyi məlumata əsasən, yaxalanan şəxsin 2006-cı ildən 2016-cı ilədək ABŞ-ın İraqdakı MKİ bazalarında muzdlu kimi çalışdığı təsbit edilib.
Mənbə: TASS
Oxunub: 26 dəfə;
Tarix: 2020-09-17 10:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.