Liviya şəhərlərinin yenidən qurulması Türkiyəyə tapşırılır
Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə BMT nəzdində tanınan Liviya "Milli Sövdələşmə Hökuməti" ilə razılaşma imzalayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, inşaat sektorunu əhatə edən razılaşma sayəsində Liviyada nəhəng layihələrə başlanılacaq.
Bundan əlavə qeyd olunub ki, razılaşmaya əsasən, paytaxt Tripoli də daxil olmaqla Liviya şəhərləri yenidən qurulacaq.
Mənbə: NTV
Oxunub: 85 dəfə;
Tarix: 2020-09-17 09:47
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.