İran XİN rəsmisi səfirliklərə xəbərdarlıq etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ölkədəki xarici ölkə səfirlikləri barəsində danışıb.

 

Səid Xətibzadə açıqlamasında bildirib ki, bütün səfirliklər beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət göstərməlidirlər.

 

"Biz ölkəmizin daxili işlərinə qarışan istənilən diplomata etiraz hüququna malikik. Rəsmi qaydalar necədirsə o cür hərəkət edirik", - deyə Səid Xətibzadə diqqətə çatdırıb.

 

Xatırladaq ki, Almaniyanın İrandakı səfiri bu ölkədəki məhkəmə sistemini tənqid etmiş və daha sonra Xarici İşlər Nazirliyinə çağrılmışdı.




Mənbə: IRNA Oxunub: 510 dəfə; Tarix: 2020-09-17 09:11
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!