Avropa İttifaqı sədri Türkiyəyə xəbərdarlıq etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) Komissiyası sədri Ursula von der Leyen Türkiyə ilə əlaqədar açıqlamalar verib.
Türkiyənin mühacirlərə ev sahibliyi etmək kimi mühüm işlər görən bir qonşu olduğunu söyləyən Ursula on der Leyen "Bunların heç biri qonşularına hədə-qorxu cəhdlərinə bəhanə ola bilməz", - söyləyib.
Leyen Türkiyəyə Yunanıstan və Kiprə hədə-qorxu cəhdlərinə qarşı xəbərdarlıq edib.
O, həmçinin "Türkiyə xəritədə yaxın olmasına baxmayaraq, aramızdakı məsafə böyüyür", - deyə bildirib.
Mənbə: Sputnik
Oxunub: 45 dəfə;
Tarix: 2020-09-16 15:53
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.