"Hizbullah" rəsmisi İsrailin qondarma dövlət olduğunu vurğuladı
Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim İsrail rejiminin bütün müsəlmanların qanına susadığını vurğulayıb.
Şeyx Naim Qasim açıqlamasında bildirib ki, Fələstinin və Qüdsün azadlığı üçün müsəlmanlar çox işlər görməlidirlər.
"Son razılaşmalar onların işğalı leqallaşdırmaq istədiklərini göstərir. Lakin bütün dünya bilir ki, İsrail rejimi qondarmadır", - deyə Şeyx Naim Qasim diqqətə çatdırıb.
O qeyd edib ki, İsrail rejimindən müdafiənin tək yolu silahlanmaq və müqavimət göstərməkdir.
Mənbə: AlManar
Oxunub: 68 dəfə;
Tarix: 2020-09-15 15:35
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.