Niderland hökuməti Mosul sakininə təzminat ödəyəcək


Eastnews.org-un verdiyi xəbərə görə, Niderland Müdafiə Nazirliyi İraqın Mosul şəhərində 2015-ci ildə öldürdüyü mülki şəxslərə görə təzminat ödəyəcək.

 

Bu barədə Niderland Müdafiə naziri Ank Bijleveld açıqlama verib.

 

O, açıqlamasında bildirib ki, Mosul sakini Basim Razzoya öldürülən 4 ailə üzvünə görə təzminat veriləcək və üzr istəniləcək.

 

Nazir Ank Bijleveld bunun öz istəkləri ilə baş tutmadığını və maddi təzminatın miqdarını açıqlamayacaqlarını sözlərinə əlavə edib.




Mənbə: Reuters Oxunub: 358 dəfə; Tarix: 2020-09-09 11:43
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!