Suriyada bir qəbilə ABŞ qüvvələrinə qarşı hərbi təşkilat yaratdı


Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın əl-Əqidət qəbiləsi ABŞ qüvvələrinə və bu ölkədəki əlaqəli ünsürlərə qarşı hərbi qurum yarandığını elan edib.

 

Suriyanın şərqindəki Deyr əz-Zor şəhərində keçirilən iclasda şeyxlər və qəbilənin görkəmli şəxsləri bölgədəki qəbilələrin ABŞ-a və ona bağlı Suriya Demokratik Qüvvələrinin hərəkətlərinə qarşı mabarizə aparmalı olduğunu vurğulayıblar.

 

Açıqlamada qeyd olunub ki,  ABŞ və İsrail rejimi Suriya vətəndaşlarına hücum etmək və əmlaklarını talan etmək, görkəmli şəxslərə sui-qəsd etməklə terrorçu qüvvələrinin hərəkətlərini dəstəkləyir.


Əl-Əqidat qəbiləsi, eyni zamanda ölkənin ərazisini təmizləmək üçün Suriya ordusu ilə koordinasiyada hərbi qurum yaradıldığını açıqlayıb.




Mənbə: Mehr News Agency Oxunub: 319 dəfə; Tarix: 2020-08-10 08:45
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!