Makronun Mişel Auna qarşı hərəkəti sosial medidada tənqid edildi - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Fransa Prezidenti livanlı həmkarı ilə etdiyi davranışa görə sosial mediada geniş tənqidlərə məruz qalıb.

 

Beyrut limanında baş verən partlayışdan sonra Livana səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron livanlı həmkarı Mişel Aundan ondan geridə dayanmağı istəyib.


Makronun alçaldıcı tələbi güclü tənqidlə qarşılanıb. Sosial mediada paylaşılan bir videoda Makron və Aunun Beyrutda bir binanı tərk edən köməkçilərinin əhatəsində olduğu göstərilir.

 

Videonun bir hissəsində Makronun köməkçiləri Livan Prezidentinə geridə durmağı söyləyirlər.

 

Bir çox "Tvitter" istifadəçisi Makronun hərəkətini yersiz adlandırıb və qınayıb.






Mənbə: FNA Oxunub: 402 dəfə; Tarix: 2020-08-10 08:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!