Samirra yaxınlığındakı İŞİD mövqeləri dağıdıldı


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Samirra şəhərinin Əməliyyatlar Komandanlığı minaatanların şəhərin cənubundakı İŞİD mövqelərini vurduğunu açıqlayıb.

 

Məlumata görə, İraq ordusu Samirra şəhərin cənubundakı Farhatiyah bölgəsindəki İŞİD mövqelərini minaatanlardan atəş tutub. Samirra 315-ci Əməliyyat Briqadası, İraq Ordusu Desant Briqadası ilə birlikdə bir sıra İŞİD terrorçularının yaralanması ilə nəticələnən minaatan hücumu həyata keçirib.


Qeyd edək ki, İraqda İŞİD terrorçuları 2017-ci ildə rəsmi olaraq məğlub edilib, lakin gizli hücrələr hələ də ölkənin bəzi yerlərində, xüsusən səhra ərazilərində mövcuddur.




Mənbə: tasnimnews Oxunub: 395 dəfə; Tarix: 2020-08-08 11:46
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!