Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Hindistanın “Air İndia Express” aviaşirkətinə məxsus  “Boeing-737” sərnişin təyyarəsi ötən gün Kerela ştatının Kojikode hava limanında sərt eniş edib.

 

Bu barədə Hindistan mətbuatı məlumat verib.

 

Məlumata əsasən, sərnişin təyyarəsinin sərt enişi zamanı 20 nəfər həyatını itirib, 140 nəfərən artıq şəxs isə yaralanıb.

 

Xatırladaq ki, təyyarə Dubaydan Hindistana uçub. Təyyarənin göyərtəsində 190 nəfər, o cümlədən 174 nəfər böyük, 10 uşaq, iki pilot və 4 təyyarə heyəti olub.

 

Qeyd edək ki, qəzaya düşən sərnişinlər pandemiya səbəbilə BƏƏ ərazisindən təxliyə edilən şəxslər olub.






Mənbə: RİA Oxunub: 363 dəfə; Tarix: 2020-08-08 11:33
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!