Trampla İraqın Baş Nazirinin görüş vaxtı açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp avqustun 20-də Ağ Evdə İraqın Baş Naziri Mustafa əl-Kazimi ilə görüşəcək.

 

Bu barədə Amerika liderinin mətbuat xidmətinin ötən gün yaydığı bəyanatında deyilir.

 

“Bu səfər həm ABŞ, həm də İraq üçün mühüm vaxtda, İŞİD üzərində qələbəni təmin etmək və koronavirus pandemiyasının yaratdığı çətinliklərə qarşı çıxmaq üçün əməkdaşlığımızı davam etdirdiyimiz zaman olacaq”, - deyə məlumatda bildirilib.

 

ABŞ və İraq mətbuat xidməti vurğulayıb ki, təhlükəsizlik, enerji, səhiyyə və iqtisadiyyat da daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı genişləndirməyə çalışacaqlar.

 




Mənbə: TASS Oxunub: 302 dəfə; Tarix: 2020-08-08 10:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!