Suriya XİN neft bölgələri ilə bağlı açıqlama yaydı


Eastnews.org-un verdiyi xəbərə görə, Suriya Xarici İşlər Nazirliyi ölkədəki neft bölgələrində ABŞ və digər xarici ölkələrin varlığına münasibət bildirib.

 

Suriya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada vurğulanıb ki, neft Suriya xalqına və dövlətinə məxsus olduğu üçün icazəsiz atılan bütün addımlar qanunsuzdur.

 

"Neftin oğurlanmasına görə yaxın vaxtlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da müraciət edəcəyik. Ölkəmizdəki xarici qüvvələrin işğalçı addımları ən çox xalqımızın ziyanına yönəlib", - deyə XİN diqqətə çatdırıb.

 

Qeyd olunub ki, beynəlxalq təşkilatlar bir çox hallarda Suriya xalqının haqqını müdafiə etməkdən geri qalırlar.




Mənbə: SANA Oxunub: 366 dəfə; Tarix: 2020-08-08 10:17
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!