Gürcüstanda dövlət bayraqları endirilib


Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Rusiya və Gürcüstan arasındakı 2008-ci ilin avqust müharibəsinin 12-ci ildönümü tamam olur.

 

Məlumata əsasən, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanın prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar endirilib.

 

Müharibənin ildönümünə həsr olunan anım mərasimləri bütün ölkə ərazisində və Gürcüstanın xarici ölkələrdəki səfirliklərində keçiriləcək. 

 

Xatırladaq ki, 2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürcüstanın 408 vətəndaşı həlak olub. 




Mənbə: report.az Oxunub: 249 dəfə; Tarix: 2020-08-08 09:24
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!