Səudiyyə vəliəhdi barədə sui-qəsd iddiası edildi
Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin keçmiş kəşfiyyat işçisi Saad Cəbri vəliəhd şahzadə Məhəmməd ibn Salmanı onu öldürmək üçün xaricdə yaşadığı Toronto şəhərinə sui-qəsd dəstəsi göndərməkdə günahlandıraraq, məhkəməyə verib.
Bu barədə "The New York Times" qəzeti məlumat verib.
Saad Cəbri keçmiş vəliəhd Məhəmməd ibn Naifin nazirliyi dövründə Daxili İşlər Nazirliyində general-mayor rütbəsi ilə kəşfiyyat müşaviri vəzifəsini icra edib.
O, ibn Salmanın Camal Qaşıqçışının 2018-ci ildə İstanbuldakı Səudiyyə Ərəbistanı baş konsulluğunda öldürülməsindən təxminən iki həftə sonra bir dəstə sui-qəsdçini onu öldürmək üçün Kanadaya göndərdiyini iddia edib.
Mənbə: AA
Oxunub: 270 dəfə;
Tarix: 2020-08-07 15:33
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.