Səudiyyə Ərəbistanı Yəmənin dinc sakinlər yaşadığı ərazilərini bombardman etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Yəmənin dinc sakinlər yaşadığı ərazilərini bombardman edib.

 

Bu barədə Yəmən mətbuatı məlumat verib.

 

Məlumata əsasən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ötən gün Yəmənin əl-Cəuf vilayətinin əl-Məatirə bölgəsinə aviazərbələr endirib. Hücum nəticəsində əksəriyyəti uşaqlar olmaqla 9 nəfər həyatını itirib, 12 qadın və uşaq xəsarət alıb.

 

Bundan əlavə bu gün Səudiyyə Ərəbistanı aviasiyası Yəmənin Mərib vilayəti və Səada vilayətinin Kətf rayonuna zərbələr endirib.

 

Son sutka ərazində Hudeyda vilayətində işğalçı qüvvələrin atəşəkəsi 84 dəfə pozduğu qeyd edilir.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası ötən ay əl-Cəuf vilayətinin əl-Həzm şəhərində keçirilən toy mərasiminə hava zərbələri endirmişdi. Hücum nəticəsində 35 nəfər həyatını itirmişdi.




Mənbə: Almasirah Oxunub: 403 dəfə; Tarix: 2020-08-07 14:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!