Lavrov: "Nüvə silahının istifadəsi aradan qaldırılmalıdır"


Eastnews.org-un verdiyi xəbərə görə, Xirosimaya atom bombası atılmasının ildönümündə Rusiya Xarici İşlər naziri ABŞ-ı sabitliyi pozan səyləri davam etdirməməyə və bütün dünya nüvə güclərini yayılmamaq öhdəliklərini bir daha təsdiqləməyə çağırıb.


Sergey Lavrov ABŞ-ın Xirosima şəhərini bombalamasının 75-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirakçılara onlayn çıxışında bildirib ki, nüvə silahının müharibə silahı kimi istifadəsi istisna edilməlidir: "Rusiya Federasiyasıbütün nüvə güclərini rəsmi şəkildə uyğunluğu təsdiqləməyə çağırır".

 

Lavrovun sözlərinə görə, Rusiya nüvə silahı olan bir dövlət kimi beynəlxalq təhlükəsizlik, regional və qlobal sabitlik üçün məsuliyyətini yaxşı başa düşür və nüvə silahından istifadənin nəticələrini bilir.

 

Rusiyanın Xarici İşlər naziri eyni zamanda Moskvanın beynəlxalq silahlara nəzarət sisteminin məhv edilməsindən, digər ölkələrin təhlükəsizliyinə zərər verməmək prinsiplərinə hörmətsizlik etməsindən, beynəlxalq müqavilələrin pozulmasından və dünyada nüvə risklərinin kəskin şəkildə artmasından dərin narahatlıq keçirdiyini qeyd edib.




Mənbə: Tasnim Oxunub: 326 dəfə; Tarix: 2020-08-07 13:27
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!