Rusiyalı və azərbaycanlı dənizçilər çətin vəziyyətdə qaldı


Eastnews.org-un verdiyi xəbərə görə, göyərtəsində Rusiya və Azərbaycan heyəti olan "Ağdaş" tankeri yollarını davam etmək üçün vəsait çatışmazlığı səbəbindən Süveyş limanında qalmaq məcburiyyətində olub.

 

Bu barədə Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) inspektoru Olqa Ananina müsahibəsində TASS-a bildirib.

 

"Həmin şirkətin (türk gəmiçilik qrupu Palmali - red.TASS) gəmisi (tankeri) Süveyşdə sıxıntı içərisindədir. Göyərtədə rus kapitan, rus dənizçiləri də var. Onların da suyu və yeməyi yoxdur. Süveyşdə ilişiblər. Biz də vəkil axtarırıq", - deyə Ananina bildirib və gəminin həbsdə olmadığını vurulayaraq, hərəkətə davam etməyə pul olmadığı üçün Süveyşdə dayandığını bildirib.

 

Agentliyin həmsöhbəti Rusiya-Azərbaycan ekipajının 16 aydır "Ağdaş" gəmisinin göyərtəsində olduğunu bildirib.

 

"Ekipaja olan borcun məbləği 412 min dollardır", - deyən Ananina bildirib ki, 14 ekipaj üzvü arasında beşi Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.




Mənbə: TASS Oxunub: 201 dəfə; Tarix: 2020-08-06 15:43
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!