Ayətullah Sistani Beyrut faciəsi ilə bağlı açıqlama verdi


Eastnews.org-un verdiyi xəbərə görə, İraq şiələrinin lideri Ayətullah Seyid Əli Sistani Beyrut faciəsinə görə dərin kədər və təəssüf hissi ifadə edən bəyanat yayıb.

 

Bəyanatda bildirilir:

 

"Çox sayda insanın ölümü və yaralanması, on minlərlə insanın evsiz qalması ilə nəticələnən dəhşətli partlayışdan sonra sevimli Beyrut şəhərində baş verən ağrılı hadisəyə görə dərin hüzn və kədərimizi ifadə edirik. Bu şəkildə bu böyük faciəyə görə Livanın hörmətli xalqına ən səmimi başsağlığımızı çatdırırıq və Uca Allahdan bu böyük faciənin öhdəsindən gəlmək üçün onlara güc, səbr istəyirik. Bu çətin günlərdə onlarla həmrəy olmağa və bu böyük faciənin təsirlərini azaltmaq üçün hər cür kömək göstərməyə çağırırıq. Uca Allahdan qurbanlara rəhmət, yaxınlarına səbr və rahatlıq, yaralılara şəfa və sağlamlıq diləyirik".




Mənbə: Mehr News Agency Oxunub: 451 dəfə; Tarix: 2020-08-06 13:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!