Beyrutda parlayış nəticəsində həyatını itirənlərin sayı artır
Eastnews.org-un verdiyi xəbərə görə, avqustun 4-də Livanın paytaxtı Beyrut şəhərində dəniz limanında baş verən partlayışda həyatını itirənlərin sayı 135 nəfərə yüksəlib.
Bu barədə Livan Səhiyyə naziri Həmad Həsən məlumat verib.
Livanlı nazirin sözlərinə əsasən, 4 minə yaxın şəxs isə yaralanıb.
Həmad Həsən bildirib ki, yaralıların müalicəsini tezləşdirmək məqsədilə səhra xəstəxanaları quraşdırılacaq. O əlavə edib ki, dağıntılar altında onlarla şəxsin meyti qala bilər.
Mənbə: Livan mətbuatı
Oxunub: 244 dəfə;
Tarix: 2020-08-06 10:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.