Türkiyə Livana yardım yolladı


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Livanın paytaxtı Beyrut şəhərində baş verən partlayışın fəsadlarının aradan qaldırması üçün bu ölkəyə yardım yollayıb.

 

Ankara Hərbi Hava Qüvvələrinin “A400-M” hərbi nəqliyyat təyyarəsi Ankara yaxınlığındakı Etimesqut hərbi aerodromundan Beyrut şəhərinə dərman, tibbi ləvazimatlar, çadırlar, xüsusi avadanlıq, bir xilasetmə vasitəsi və axtarış-xilasetmə qrupu aparıb.

 

AFAD rəhbəri Mehmet Güllüoğlu təyyarənin Livana getməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada Türkiyənin Milli Tibbi Xilasetmə Qrupundan (UMKE) 20 nəfərlik bir qrupun Livana göndərilməsinin də planlaşdırıldığını söyləyib. Bura ortopedlər, cərrahlar, təcili tibbi yardım mütəxəssisləri və orta tibb işçiləri daxil olacağını açıqlayıb.

 

Xatırladaq ki, avqustun 4-də axşam Beyrut dəniz limanında güclü partlayışlar baş vermişdi. İlkin məlumatlara görə, limanda altı il ərzində müvafiq təhlükəsizlik tədbirləri olmadan saxlanılan 2700-tondan artıq ammonium nitrat partlayıb.




Mənbə: AA Oxunub: 152 dəfə; Tarix: 2020-08-06 09:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!