Ermənistanda polis rəisinin müavinləri istefa verdi


Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistan polis rəisinin (daxili işlər naziri) iki müavini Hayk Mqryan və Tiqran Yesayan istefa verib.

 

Məlumatı “168 jam” yayıb.

 

Qəzetin yazdığına görə, müavinlərin istefası bu güc strukturunda ciddi kadr çatışmazlığına səbəb olacaq. Mqryan və Yesayan yüksək peşəkar kadr sayılırlar. Mqryan bu vəzifəyə 2020-ci ilin yanvarında təyin olunub. O, koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət rejimini kurasiya edib. Yesayan isə 2019-cu ildə polis rəisinin müavini təyin edilib.

 

Müavinlərin istefasının səbəbi ilə bağlı açıqlama yayılmayıb. Ermənistan baş nazirinin təqdimatı əsasında prezident rəis müavinlərinin istefasını qəbul və yenisini təyin edir.




Mənbə: Report Oxunub: 169 dəfə; Tarix: 2020-08-05 22:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!