Livan Prezidenti: "Partlayışın günahkarlarını mümkün qədər ağır cəzalandıracağıq"


Eastnews.org-un verdiyi xəbərə görə, Livan Prezidenti və Baş Naziri Nazirlər Kabinetinin iclasında Beyrutdakı dünənki hadisə ilə əlaqədar qısa müddətdə araşdırma aparılmasının zəruriliyini vurğulayıb.


Livan Prezidenti Mişel Aun və Baş Nazir Həsən Diab bu gün Beyrut limanında dünənki partlayışla əlaqədar hökumət iclasında çıxış ediblər.

 

Mişel Aun təhlükəsizlik xidmətləri və tibb işçilərinin səylərini təqdir edərək bildirib ki, bu partlayışın günahkarlarını mümkün qədər ciddi şəkildə cəzalandıracaqlar: "Ölkələri yaralıların müalicəsi və Beyrut limanına vurulan zərərin bərpa olunmasında ən qısa müddətdə bizə kömək etməyə çağırırıq".

 

O, həmçinin qeyd edib ki, Beyrutdakı dünənki faciənin dəhşətini təsvir edə biləcək bir söz yoxdur: "İndi şəhidlərimizə, yaralılara və itkin düşənlərə kədərlənmə vaxtıdır. Şübhəsiz ki, bu zərbə Livana çox təsir etdi. Xalqı bu faciəni birlikdə bitirmək üçün birlikdə çalışmağa dəvət edirəm".
 




Mənbə: FNA Oxunub: 136 dəfə; Tarix: 2020-08-05 16:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!