Fransa Prezidenti sabah Beyruta yola düşür


Eastnews.org-un verdiyi xəbərə görə, Fransa Prezident Sarayındakı mənbələr Emmanuel Makaronun sabah Livana gedəcəyini söyləyib.

 

BFN saytının Elize Sarayına istinadən verdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makron sabah Livanın siyasi rəsmiləri ilə görüşmək üçün Beyruta gedəcək.

 

Səfərin əvvəlcədən planlaşdırıldığı və ya ölkəyə bütün ölçüləri ilə təsir edən Beyrut limanında dünən baş vermiş dəhşətli partlayış səbəbiylə olub-olmadığı hələ məlum deyil.

 

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Livanın paytaxtı Beyruta partlayışdan dəyən ziyan 3 milyarddan 5 milyard ABŞ dollarınadək dəyərləndirilir.




Mənbə: FNA Oxunub: 128 dəfə; Tarix: 2020-08-05 15:59
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!