ABŞ hərbçiləri Trampın Livanda hücum açıqlamasını təsdiqləmədi


Eastnews.org-un verdiyi xəbərə görə, Livanın paytaxtındakı partlayışın ABŞ Prezidenti Donald Trampın söylədiyi kimi hücum olduğuna dair heç bir dəlil olmadığı açıqlanıb. 

 

Bu barədə Pentaqondakı adı açıqlanmayan üç mənbəyə istinadən CNN xəbər yayıb.

 

Ağ Evdəki brifinqdə Tramp Beyrutda baş verən hadisənin adi bir insident yox, əksinə hücum olduğunu hesab edirmi sualına "Partlayışa əsaslanaraq belə demək olar. Mən bəzi generallarımızla görüşdüm. Deyəsən, onlar hücum olduğunu düşünürlər. Bu, bir növ bomba idi, bəli", - deyə cavab verib.

 

ABŞ Müdafiə Nazirliyindəki CNN mənbələri qeyd ediblər ki, prezidentin nə barədə danışdığını bilmirlər. Onlardan biri vurğulayıb ki, hərbçilərin belə bir hücum olmasına dair dəlili olsaydı, ABŞ hakimiyyəti dərhal Amerikanın silahlı qüvvələrini və bölgədəki əmlakını qorumaq üçün əlavə tədbirlər tətbiq etmək qərarına gələrdi. Eyni mənbə bildirib ki, hələ belə bir tapşırıq almayıblar.




Mənbə: TASS Oxunub: 225 dəfə; Tarix: 2020-08-05 15:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!