Tehranda "Taliban" tərəfdarları həbs olundu


Eastnews.org-un verdiyi xəbərə görə, İranın paytaxtı Tehranda Qurban Bayramı günlərində "Taliban" bayrağını qaldırdıqları üçün 19 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb.

 

Bu barədə İranın "Təsnim" xəbər agentliyi məlumat yayıb.

 

Xəbərə görə, Tehran polis rəisi Hüseyn Rəhimi Qurban Bayramının ilk günündə Millət parkında "Taliban" bayrağı qaldıran 19 nəfərin nəzarətə götürüldüyünü bildirib.

 

Rəhimi "Taliban" bayrağını hazırlayan və İrana müxalif xarici media qurumlarına görüntüləri ötürən 5 nəfərin həbs olunduğunu, daha 14 nəfərin isə deportasiya edildiyini söyləyib.




Mənbə: SputnikNews Oxunub: 182 dəfə; Tarix: 2020-08-05 12:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!