Tramp Beyrut faciəsini dəhşətli hücum adlandırdı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Beyrutda ötən gün baş verən partlayışı dəhşətli hücum adlandırıb.

 

Donald Tramp mətbuat konfransında Livan xalqına başsağlığı verərək, hadisəni dəhşətli hücum kimi xarakterizə edib.


O, ABŞ-ın Livana kömək etməyə hazır olduğunu vurğulayaraq bildirib: "Beyrutdakı partlayış bomba kimi idi, sanki bir hücum baş vermişdi. Generalların mənə dediyi budur".

 

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Livanın paytaxtı Beyruta partlayışdan dəyən ziyan 3 milyarddan 5 milyard ABŞ dollarınadək dəyərləndirilir.




Mənbə: Tasnim Oxunub: 134 dəfə; Tarix: 2020-08-05 12:31
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!