"ABŞ və İsrail rejiminin əsas məqsədi "Həşd Şabi"ni məhv etməkdir"


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın xalq könüllülərindən (Həşd Şabi) ibarət dəstinin (Əsaibu Əhlil-Həqq Hərəkatı) rəhbəri Qeys Xəzəli ABŞ və İsrail rejiminin əsas məqsədinin "Həşd Şabi" xalq hərəkatını məhv etmək olduğunu açıqlayıb.

 

Bu barədə "Foratnews" saytı məlumat yayıb.

 

Məlumata görə, Qeys Xəzəli verdiyi açıqlamada ABŞ-ın və İsrailin İraqdakı müqavimətə qarşı hərəkətlərindən danışıb:

 

"ABŞ və sionist rejimin əsas məqsədi xalq müqavimət qrupunu məhv etməkdir. ABŞ İraqda xaos yaratmaq üçün hər cür səy göstərir. Bəzi körfəz dövlətləri böyük miqdarda pul xərcləyərək, İraqdakı etibarsızlığı genişləndirməyə çalışırlar. Amerikalılar İraq neftini ələ keçirmək və talan etmək istəyirlər. Vaşinqton üçün vacib olan tək şey İraq xalqının dəstəyi deyil, İraq neftidir".




Mənbə: FNA Oxunub: 411 dəfə; Tarix: 2020-08-01 15:36
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!