Livan Prezidenti: "İsrail qətnamə qaydalarını pozur"


Eastnews.org-un verdiyi xəbərə görə, Livan Prezidenti Mişel Avn İsrailin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMTŞ) 1701 saylı qətnaməsini pozduğunu söyləyib.

 

Avn 1 avqust 1945-ci ildə Livan ordusunun yaradılmasının 75 illiyi ilə eyni vaxtda keçirilən zabitlərin məzun mərasimi münasibətilə televiziya çıxışı edib.

 

Prezident Avn çıxışında İsrailin son hücumlarına işarə edərək, "İsrail BMTŞ-nin 1701 saylı qərarını pozur və Livana hücum etməyə davam edir. Biz bu qərara sadiq olduğumuzu və münaqişənin BMT-nin himayəsi altında həllinə hörmət etdiyimizi vurğulayırıq", - deyib.

 

Daha sonra "Eyni zamanda biz də özümüzü, torpaqlarımızı, suyumuzu və səlahiyyətlərimizi qorumağa qərarlıyıq. Bununla əlaqədar güzəştə getməyəcəyik", - deyə Avn söyləyib.




Mənbə: AA Oxunub: 356 dəfə; Tarix: 2020-08-01 15:33
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!