Ağ Ev "Tvitter"in Ayətullah Xamenei ilə bağlı mövqeyini tənqid edib


Eastnews.org-un verdiyi xəbərə görə, Ağ Ev "Tvitter"i  ABŞ prezidenti Donald Trampa qərəzli yanaşmaqda və sosial medianın İran İslam Respublikasının Ali liderinin mesajlarına münasibətini ittiham edib.

 

Ağ Evin rəsmisi Kayli MakKonahi verdiyi açıqlama zamanı "Tvitter"in Donald Trampın payalaşımları ilə bağlı xəbərdarlığını tənqid edib:

 

""Tvitter" Donald Trampın mesajlarında zorakılıq və yalan məlumatların olduğunu iddia edir. Lakin İran İslam Respublikasının lideri Ayətullah Seyid Əli Xameneinin mesajlarında heç bir problem görmür. Trampdan fərqli olaraq onlar Ayətullah Xameneinin tvitlərini qiymətləndirmirlər. "Tvitter"in davranışı inanılmazdır, Trampa qarşı qərəzlidirlər".

 

Qeyd edək ki, "Tvitter" sosial şəbəkəsinin rəsmisi İsrail rejiminin parlament üzvlərinə müraciət edərək, İran Ali rəhbərinin İsrail rejimi ilə bağlı mesajlarının bu sosial şəbəkənin qaydalarına zidd olmadığını vurğulayıb. "Tvitter" rəsmisi Knesset (parlament) üzvlərinin Ayətullah Əli Xameneinin rəsmi səhifəsinin tvitlərinin silməməsinə qarşı etirazına cavab verib. Cavabda bildirilib ki, mesajlar "Tvitter" qaydalarını pozmayıb və buna görə də silinməyib. 




Mənbə: Mehr News Agency Oxunub: 496 dəfə; Tarix: 2020-08-01 15:27
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!