Ağ Ev Honkonqun seçkiləri təxirə salmasını qınadı


Eastnews.org-un verdiyi xəbərə görə, Ağ Evin sözçüsü Keyli Makneni Honkonqda Qanunvericilik Şurası seçkilərinin 1 il təxirə salınmasını qınayıb.

 

Ağ Evdəki mətbuat konfransında Makneni Honkonqdakı Qanunvericilik Şurası seçkilərinin təxirə salınması ilə əlaqədar dəyərləndirmələr edib.

 

"Honkonq hökumətinin Qanunvericilik Şurasına seçkilərin 1 il təxirə salınması və müxalifət namizədlərinin diskvalifikasiyası qərarını pisləyirik", - söyləyən Makneni bu qərarın Honkonqun demokratik proseslərinə və azadlıqlarına mane olduğunu vurğulayıb.

 

Qeyd edək ki, "Bu gün etməli olduğum elan son 7 ayda verdiyim ən çətin qərardır", - deyə Honkonq baş icraçı direktoru Kerri Lam bu gün verdiyi açıqlamada söyləyib. COVID-19 hadisələrinin artması ilə əlaqədar hökumətin Qanunvericilik Şurası seçkilərini 1 il təxirə saldığını elan edən Lam "Sağlamlıq məsələsini ədalətli və ictimai təhlükəsizliklə sığortalamaq istəyirik. Seçkinin açıq, ədalətli və qərəzsiz olduğuna əmin olmalıyıq. Yəni bu qərar vacibdir", - fikirlərini səsləndirib.




Mənbə: AA Oxunub: 303 dəfə; Tarix: 2020-08-01 12:17
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!