İraqın Baş Nazirindən seçkilərlə bağlı yeni açıqlama


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Baş Naziri Mustafa əl-Kazimi rəsmi televiziya vasitəsilə xalqa müraciət edib.

 

Çıxışında Mustafa əl-Kazimi ABŞ tərəfinə "ölkədə hərbi bazalarına ehtiyac olmadığını" söylədiklərini və yalnız iqtisadiyyat və İraq təhlükəsizlik qüvvələrinin təhsili yönündə Vaşinqtondan dəstək gözlədiklərini söyləyib.

 

Ölkədəki erkən seçki müzakirələrinə də son nöqtəni qoyan Kazimi “6 iyun 2021-ci ildə ölkədə erkən seçki baş tutacaq. Bunun üçün tələbləri yerinə yetirmək öhdəliyinə sahibəm", - deyib.

 

Baş Nazir, həmçinin yeni seçki qanununun qısa müddətdə qüvvəyə minməsi üçün parlamentə çağırış edib.

 

Qeyd edək ki, Kazimi may ayında vəzifəyə gəldiyi gündən bəri ölkəni erkən seçkilərə aparacağına dair açıqlamalar verib.




Mənbə: AA Oxunub: 305 dəfə; Tarix: 2020-08-01 11:34
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!