Hindistanda müsəlman gəncə hücum edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Hindistanın Qurqaon şəhərində nəqliyyat vasitəsində inək əti daşıdığı iddiası ilə hücuma məruz qalan gənc müsəlman xəstəxanaya yerləşdirilib.

 

Bu barədə NDTV kanalı xəbər yayıb. Xəbərə görə, paytaxt Yeni Dehliyə yaxın olan Qurqaon şəhərində gənc bir müsəlman nəqliyyat vasitəsində inək əti daşıdığını iddia edən bir qrup tərəfindən dayandırılıb.

 

Yolunu kəsənlər tərəfindən maşınından çıxarılan Loğman adlı gənc müsəlman ətrafdakıların hücumuna məruz qalıb. Sosial mediaya düşən görüntülərdə maska taxan şəxslərin müsəlman gənci təpiklədikləri və hücum edənlərin bəzilərində çəkic olduğu görülüb.

 

Hadisə yerinə gələn polis əməkdaşlarının hücuma gec müdaxilə etdikləri ifadə edilib. Polis sosial mediadakı həmin görüntülər və görüntülərdəki fəaliyyətsizliyinə dair heç bir açıqlama verməyib.

 

Müsəlman gənc xəstəxanaya yerləşdirilib.

 

Digər tərəfdən, sosial mediada bir çox insan polisə və təcavüzkarlara reaksiya göstərib.

 

Son illərdə müsəlmanlara qarşı zorakılığın artdığı Hindistanda buna bənzər hadisələr çoxalıb.

 

Qeyd edək ki, keçən il Hindistanda Təbriz Ənsari adlı bir müsəlman yeniyetmənin öldürülməsi ilə ölkədə müsəlmanlara qarşı zorakılıq mövzusu yenidən müzakirələrə səbəb olub. 12 saat dirəyə bağlanaraq, döyülən Ənsari hadisədən 4 gün sonra yerləşdirildiyi xəstəxanada vəfat edib.

 

Bir çox bölgəsində mal əti kəsilməsinin qadağan olunduğu Hindistanda bu cinayəti törədənlərə qarşı cərimələr və həbs cəzaları da daxil olmaqla müxtəlif sanksiyalar tətbiq edilir. Hinduizmdə inəklər müqəddəs sayıldığı üçün hindlilərin əksəriyyəti nə mal əti kəsir, nə də ətini yeyir.




Mənbə: AA Oxunub: 402 dəfə; Tarix: 2020-08-01 11:06
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!