Yəmənli lider Trampın terrorçuluq ilə bağlı mövqeyini tənqid etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ali İnqilab Şurasının sədri Məhəmməd Əli Husi ABŞ Prezidenti Donald Trampı yenidən tənqid edib.

 

Məhəmməd Əli Husi açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp ona qarşı çıxan hər kəsi terrorçuluq ilə ittiham edir.

 

"Terrorçuluq artıq Donald Trampın siyasət xətti olub. Belə ki, Donald Tramp son açıqlamasında haqlı etirazlar edən ABŞ xalqını da terrorçu olaraq xarakterizə etdi", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.

 

O, açıqlamasında qeyd edib ki, bu gün terrorçuluq ilə bağlı insanların dünyanın müxtəlif ölkələrində ittiham olunaraq saxta yollarla həbs olunmalarına səbəb ABŞ rəhbərliyinin ikili yanaşmasıdır.




Mənbə: AlMasirah Oxunub: 292 dəfə; Tarix: 2020-08-01 10:52
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!