ABŞ-da çeçen terrorçunun ölüm hökmü ləğv edildi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın apellyasiya məhkəməsi Cohar Tsarnayevin edam hökmünü ləğv edib.

 

Xatırladaq ki, Tsarnayev 2013-cü ilin mayında ABŞ-ın Boston şəhərində keçirilən marafonda terror aktı törətmişdi. Terror aktında 3 nəfər həyatını itirmiş, 200-dən çox insan isə yaralanmışdı. 

 

"Cohar Tsarnayevin ittihamın 4, 5, 9, 10 və 14-cü bəndləri üzrə ölüm cəzası ləğv edilib. Məhkəmə işi hökmün çıxarılması mərhələsində yeni prosesin keçirilməsi üçün aşağı dairə məhkəməsinə göndərilib", - qərarda deyilir.

 

Tsarnayevin müdafiəsi tərəfi 2018-ci ilin dekabrında öüm cəzasının ləğvi istəyi ilə apellyasiya məhkəməsinə müraciət edib.




Mənbə: RİA Oxunub: 269 dəfə; Tarix: 2020-08-01 10:36
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!