Ayətullah Xamenei Məhərrəm məclisləri ilə bağlı açıqlama verdi - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei bu səhər Qurban bayramı münasibəti ilə İran televiziyasında canlı çıxış edib.

 

Ayətullah Xamenei çıxışının əvvəlində Qurban bayramı münasibət ilə dünya müsəlmanlarını təbrik edib və bunları dilə gətirib:

 

"Qurban Bayramı böyük bir bayramdır. Zilhiccə ayının ilk ongünlüyü vilayət ongünlüyüdür. Qədir-Xum məsələsi bütün ilahi qanunlardan üstündür, çünki vilayət bütün ilahi qanunlara zəmanət verir".

 

Seyid Əli Xamenei qeyd edib ki, bu illər ərzində mənim ürəyimi sevindirən xalqla görüş idi. Bu həqir və xətərli düşmən yəni koronavirus buna mane oldu. Bu gün bütün dünya ortaq bir bəla ilə üz-üzədir. Bu gün İran xalqına qarşı bir çox düşmənçilik var. Düşmənlər İran xalqına təcavüz etməyə çalışırlar və bizə təcavüz etmək istədikdə hamımız qüvvələrimizi səfərbər etməliyik. Amerikanın tətbiq etdiyi sanksiyalar mütləq bir millətə qarşı böyük bir cinayətdir. Sanksiyaların qısamüddətli məqsədi xalqı incitməkdir. Xalq yorulsun və hökumətə qarşı çıxsın. Keçən il hərarətli bir yay olduğunu söylədilər və özləri də qızğın, hərarətli bir yay keçirdilər. Onların məqsədi ölkənin tərəqqisinə, xüsusən də elmi tərəqqiyə mane olmaqdır. Onların uzunmüddətli məqsədi hökuməti və ölkəni müflis etmək, yəni ölkə iqtisadiyyatını parçalamaqdır. İqtisadiyyatı çökmüş bir ölkə yaşaya bilməz. Onların digər məqsədi İslam Respublikası ilə müqavimət qüvvələri arasındakı əlaqələri kəsməkdir.

 

Ayətullah Xamenei çıxışının davamında "Əlbəttə ki, ac toyuq yuxuda darı görər. Düşmənlər bu hədəflərində uğursuz oldular. Sanksiyalar ölkə üçün problemlər yaratdı, lakin bütün problemlər sanksiyalarla əlaqəli deyil və bəziləri idarəetmə zəifliyimizlə, bəziləri isə koronavirusla ilə əlaqədardır. Ancaq istədikləri olmadı və olmayacaq da. Özləri də bu hədəflərə çatmadıqlarını etiraf edirlər. Embarqo ilə yanaşı, həqiqətləri təhrif etmək və gerçəkləşdirmək meyli var. Bu, onların göstərdiklərindən biridir. Məqsədləri insanların ruhiyyəsinə zərər verməkdir, başqa bir məqsəd təhrim problemini həll etmək üçün səhv ünvan verməkdir. Onlar da çox pul xərcləyirlər. Allahın köməyi ilə sanksiyaları ölkənin elmi çiçəklənməsi üçün istifadə edə bildik. Sanksiyalar işə yaramadı. Sanksiyaların qarşısının alınmasının yeganə yolu daxili və milli gücə güvənməkdir. Bunları bacardığımız qədər qorumalıyıq. Əlbəttə ki, imkanlarımızdan kənar olan yeni qabiliyyətləri də kəşf etməli, onlara güvənməli, canlandırmalı müqavimət iqtisadiyyatının sütunlarını həyata keçirməliyik. Daxildə bu potensialımız var, beynəlxalq imkanlarımız var, yerli istehsala gtəkan verməliyik. Dünya arenasında yaxşı dostlarımız var, iş və səy tələb edən bu dostlarımızla işləyə bilərik. Bizim imkanlarımız həqiqətən sonsuzdur", - deyə bildirib. 

 

"Dünyada təsirli dostlarımız var, ancaq dost hökumətlərə arxalanmamalıyıq. Biz Allaha və özümüzə güvənməliyik. Dünyada güclü dostlarımız yoxdursa, işimizi görüb irəliləyəcəyik. Müqəddəs müdafiə dövründə həm Şərq blokumuz, həm də Qərb blokumuz bizim düşmənimiz idi. ABŞ və Avropa bizim düşmənimiz idi. Bunlar olmadan düşmənə müqavimət göstərib qalib olduq və Səddamı dizlərinə qədər qara torpağa qoyduq ki, bu da Allaha və özümüzə güvən idi. Amma dostlarımızın imkanlarından ən yaxşı şəkildə istifadə etməliyik.
 

Sonda Məhərrəm ayında əzadarlıq məclislərinin keçirilməsinə toxunan Ayətullah Xamenei qeyd edib ki, əzadarlıqların keçirilməsi ilə bağlı səhiyyə mütəxəssislərinin dedikləri bizim üçün meyardır. Mən şəxsən onların zəruri hesab etdiklərinə riayət edirəm. Hamıya, o cümlədən ruhanilərə və məddahlara tövsiyələrim budur ki, nə etsəniz Milli Kornavirus Qərargahının dediklərinə uyğun edin. Bu qərargah bir qayda təqdim edirsə, buna əməl etməliyik. Əgər yüngül tutsaq fəlakət baş verəcək".




Mənbə: khamenei.ir Oxunub: 4821 dəfə; Tarix: 2020-07-31 13:35
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!