Aİ-nin kiberhücumlarla əlaqədar sanksiya qərarına ABŞ-dan dəstək


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ rəhbərliyi rus və çinli 6 nəfər ilə aralarında Rusiya Hərbi Kəşfiyyat Xidmətinin (GRU) də olduğu 3 təşkilata kiberhücumlar etdikləri üçün Avropa İttifaqının (Aİ) qəbul etdiyi sanksiya qərarını dəstəkləyib.

 

"ABŞ, Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin ilk dəfə kibercinayətkarlıq kontekstində sanksiya qərarı qəbul etməsini məmnuniyyətlə alqışlayır" - deyə, ABŞ Dövlət Katibi Mayk Pompeo yazılı açıqlamasında bildirib.

 

Pompeo ABŞ və Aİ-nin "açıq, münasib və təhlükəsiz kiber məkan" mövzusunda ortaq fikri bölüşdüyünü vurğulayıb. O, "ABŞ, zərərli kiber fəaliyyətlərdə iştirak edən pis aktyorların hesab verməsi üçün olan səyləri dəstəkləyir. Aİ-nin bu gün verdiyi qərar vacib bir mərhələdir", - dəyərləndirməsini edib.

 

Qeyd edək ki, Aİ Şurasının 28 iyul tarixli açıqlamasında, 2018-ci ildə "WannaCry", "NotPetya" və "Operation Cloud Hopper" adlı, o cümlədən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına (OPCW) edilən kiberhücumları təşkil edən və ya bunların iştirakçısı olanların sanksiyalara məruz qalacağı bildirilib.




Mənbə: AA Oxunub: 292 dəfə; Tarix: 2020-07-31 12:37
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!