Kanadalı hakim müsəlman qadından üzr istəyəcək


Eastnews.org-un verdiyi xəbərə görə, Kanadanın Kvebek şəhərində müsəlman bir qadının hicablı olduğu üçün məhkəmə işinə baxmayan hakim, müttəhim qadından üzr istəyəcək.

 

Kvebek Dövlət Məhkəmə Şurasının rəsmi saytında verilən açıqlamada, Kvebek Dövlət Məhkəməsinin hakimi Eliana Marenqo, hicab səbəbiylə məhkəmə işinə baxmadığı Rania El-Alloula üzr məktubu təqdim edəcəyi bildirilib.

 

Qeyd edək ki, 2015-ci ilin aprel ayında Monreal şəhərində baş vermiş hadisədə, hakim Marenqo, yol hərəkəti qaydalarını pozduğuna görə məhkəmə qarşısına çıxan müttəhim müsəlman qadının hicab taxdığına əsaslanaraq işinə baxmayıb.

 

Marenqo, "məhkəmə otaqlarının dünyəvi məkanlardır və məhkəmələrdə hakimin qarşısına uyğun geyimdə - papaqsız və günəş eynəyi olmadan çıxmaq qaydası var" deyərək, hicabı da bu kateqoriyada dəyərləndirib.

 

Təqsirləndirilən müsəlman qadına məhkəməni davam etdirmək üçün iki seçim verən Marenqo, bunlardan birinin hicabı çıxartmaq, digərinin isə vəkil tutaraq məhkəməyə işlərinə onu göndərmək olduğunu bildirib.

 

Təqsirləndirilən Rania El-Alloul vəkil tutmağa pulu olmadığını və dini etiqadına görə hicabı çıxarmayacağını bildirərək bu tələbi rədd edib.

 

Müttəhimin bu qərarından sonra hakim məhkəmə iclasını davam etdirməyib və məhkəməni qeyri-müəyyən vaxta qədər təxirə saldığını bildirib.




Mənbə: AA Oxunub: 409 dəfə; Tarix: 2020-07-31 11:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!