"Ənsarullah" lideri dünya müsəlmanlarına çağırış etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi müqəddəs Qurban bayramı münasibətilə çıxış edib.

 

Televiziya vasitəsilə çıxış edən Seyid Əbdülməlik əl-Husi dünya müsəlmanlarını və yəmənliləri müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

 

O, çıxışında daha sonra Yəmənə edilən hücumlar ilə bağlı da danışıb.

 

Baş katib çıxışı zamanı vurğulayıb ki, müsəlmanlar Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin Yəmənə hücum etməsinin qarşısını almaq üçün hərəkətə keçməlidirlər.

 

"Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin Yəmənə hücumu zamanı azı 16 min mülki şəxs həlak olublar. Bundan əlavə yüzminlərlə insan da yaralanıb, evlərindən didərgin düşüb və aclıqla üzləşib. Bu cinayətlərin qarşısını almaq üçün müsəlmanlar vəhdət yaratmalıdırlar", - deyə Seyid Əbdülməlik əl-Husi diqqətə çatdırıb.

 

Səudiyyə Ərəbistanının həcc ziyarətini qadağan etməsini də cinayət olaraq xarakterizə edən Seyid Əbdülməlik əl-Husi bunun heç bir izahının olmadığını da sözlərinə əlavə edib.




Mənbə: AlMasirah Oxunub: 908 dəfə; Tarix: 2020-07-31 10:44
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!