İsraildə Netanyahu əleyhinə nümayişlər davam edir


Eastnews.org-un verdiyi xəbərə görə, yüzlərlə etirazçı COVID-19 ilə mübarizəni düzgün idarə etməməklə və korrupsiyada günahlandırdıqları Netanyahuya qarşı onun iqamətgahı önündə şüarlar səsləndirib.

 

Bu barədə İsrailin "Yedioth Ahranoth" qəzeti xəbər yayıb.

 

Digər tərəfdən, Netanyahunu dəstəkləyən bir qrup nümayişçi, Baş nazirə dəstəklərini ifadə etmək üçün toplanıb.

 

Netanyahu tərəfdarları və əleyhdarları arasında mümkün ola biləcək qarşıdurmalara mane olmaq üçün ərazidə İsrail polisi iştirak edib.

 

Qeyd edək ki, keçən həftə də İsrailin fərqli yerlərində Netanyahu əleyhinə nümayişlər keçirilib.




Mənbə: AA Oxunub: 300 dəfə; Tarix: 2020-07-31 10:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!