Koronavirusun təsirindən Həcc mərasimi bu il belə keçirilir - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı ənənəvi olaraq hər il Həcc ziyarətinə gedən bir qrup müsəlman hacıya ev sahibliyi edib.

 

Bu il, ölkənin yaxın keçmiş tarixində ilk dəfə olaraq, koronavirusun yayılması səbəbiylə zəvvarların sayı məhdudlaşdırılıb və yalnız 10 min Səudiyyə vətəndaşı və ölkədə yaşayan xarici zəvvarların Həcc ziyarətinə icazə verilib.

 

Keçən il Həcc ziyarətinə gələnlərin sayı 2,5 milyon idi və ənənəvi olaraq bu zəvvarların böyük bir qismi dünyanın digər yerlərindən gələn müsəlmanlar idi. Bu il xarici KİV nümayəndələri də Həcc ziyarətinə buraxılmır.

 

Rəsmi Riyad maskalardan istifadənin bütün zəvvarlar üçün məcburi olduğunu açıqlayıb. Zəvvarlar keçən həftə sonlarından bəri tədricən Məkkəyə daxil oublar. Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin açıqladığı sənədə görə, zəvvarların hər birinə həcc mərasimi üçün sterilizasiya edilmiş daşlar, dezinfeksiyaedici maddələr, bir sıra maskalar, həmçinin paltar dəsti verilib

 

Hökumət, zəvvarların sağlamlıq ehtiyaclarına ən qısa müddətdə cavab vermək üçün bir çox sağlamlıq mərkəzləri, səyyar klinikalar və təcili yardım maşınlarını gözləmə rejiminə keçirdiyini açıqlayıb.






Mənbə: AFP Oxunub: 1509 dəfə; Tarix: 2020-07-29 13:09
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!