İsrail polisi nümayişçini təzyiqli suyla başından vurdu - Video


Eastnews.org-un verdiyi xəbərə görə, polis, İsraildə barəsindəki korrupsiya iddiaları və pandemiya ilə mübarizə aparmaq metodu səbəbindən tənqid olunan Baş nazir Binyamin Netanyahunun istefasını tələb edən bir qrup fəala sərt müdaxilə edib.

 

Polisin nümayişçilərdən birinin başına təzyiqli su sıxdığı anlar kameralarda əks olunub.

 

Bu həftə çəkildiyi ehtimal olunan və "Kanal 12" tərəfindən Cümə günü yayımlanan video görüntülərdə təzyiqli suyun birbaşa nümayişçinin üzünü hədəf aldığı və onun müvazinətini itirərək, yıxılmasına səbəb olduğu müşahidə olunur.

 

(Videonun linki: https://twitter.com/schatzah/status/1286725832115990528)

 

"The Times of Israel" qəzeti nümayişçilərin başının hədəfə alınaraq yüksək təzyiqli suyun sıxılmasını polisin onlara qarşı təbiq etdiyi üsulları bir daha müzakirəyə çıxartdığını bildirib.

 

Xatırladaq ki, bu İsrail rejimi polisinin ilk belə müdaxiləsi deyil. 2017-ci ildə etirazçıların yanında hərəkət edən bir qadın, polisin təzyiqli su sıxması nəticəsində yola atılmışdı və kameralara da əks olunan bu hadisə bütün dünyada rezonans doğurmuşdu.

 

(2017 hadisənin video linki: https://youtu.be/NQgi3a87qmk)






Mənbə: Türk mediası Oxunub: 286 dəfə; Tarix: 2020-07-27 15:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!