İran təyyarəsi Suriyada ABŞ təyyarəsi tərəfindən təqib edildi - Video


Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün İranın “Mahan Air” avişirkətinə məxsus sərnşin təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-15” qırıcı təyyarəsi tərəfindən yaxın təqib edilib.

 

Bu barədə Suriya mətubatı xəbər verib.

 

Məlumata əsasə, Beyrut-Tehran marşrutu üzrə hərəkət edən “Airbus A310” sərnşin təyyarəsi Suriya hava məkanında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-15” qırıcısı tərəfindən yaxın təqib edilib. Sərnşin təyyarəsinin pilotları təhlükəsizlik səbəbilə təyyarənin uçuş hündürlüyünü kəskin aşağı salan zaman təyyarədə olan sərnişinlər, o cümlədən uşaqlar xəsarət alıblar.

 

Daha sonra Təyyarə məcbur olaraq Dəməşq hava limanına enib. Bir neçə saatdan sonra isə “Airbus A-310” təyyarəsi Tehrana doğru uçuşunu bərpa edərək, uğurla İrana geri dönüb.

 

İran hökuməti ABŞ-ın bu addımına kəskin reaksiya verərək, ABŞ-ın bu hərəkətlərinin beynəlxalq hüquqlara zidd olduğunu vurğulayıblar.

 

Xatırladaq ki , İrana məxsus “A300B2-200” sərnişin təyyarəsi 1988-ci il iyunun 3-də Bəndər-Abbasdan Dubaya uçarkən Fars körfəzi üzərində vurularaq, yerə salınıb.

 

Körfəzdə üzən ABŞ ordusuna məxsus "Uss Vincennes" (CG-47) hərbi gəmisi tərəfindən vurulan təyyarənin göyərtəsində olan 290 sərnişinin hamısı həlak olmuşdu.






Mənbə: İran KİV Oxunub: 430 dəfə; Tarix: 2020-07-24 09:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!