Səudiyyənin "Aramco" şirkəti benzinin qiymətini qaldırdı


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının "Aramco" şirkəti benzinin qiymətini qaldırıb.

 

Bu barədə Səudiyyə dövlət televiziyası məlumat yayıb.

 

Məlumata görə, "Aramco Oil Company" iyul ayında "Octane 91" və "Octane 95" benzininin qiymətini artırıb. "Aramco", "Octane 91" markalı benzinin litrinin qiymətini 0,98 rial artıraraq 1.29 rial, "Octane 95" markalı benzinin litrinin qiymətini 1.18 rialdan 1.44 rial edib.

 

Məlumatda qeyd olunub ki, dünya bazarlarına ixrac olunan Səudiyyə benzininin qiymətindəki dəyişikliklərə görə daxili benzinin qiyməti yüksəlir və aşağı düşür.

 

Səudiyyə sosial şəbəkələrinin bəzi istifadəçiləri Səudiyyəni tənqid edən məqalələr yayımlayaraq, Riyadın benzinin qiymətini artırmaq qərarından narazı olduqlarını bildiriblər.




Mənbə: tasnimnews Oxunub: 143 dəfə; Tarix: 2020-07-11 10:51
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!