Fransa prezidenti İsraili işğaldan çəkinməyə çağırdı


Eastnews.org-un verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron İsrail rejimini Fələstin ərazilərini ilhaq etmək planlarından əl çəkməyə çağırıb.


Bu barədə Makron ilə İsrailin rejiminin baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra bu gün Yelisey sarayının məlumatında bildirlib.


Bəyanatda deyilir ki, Fransa lideri Fransanın Yaxın Şərqdə sülhə sadiqliyini xatırlatdı və Fələstin ərazilərini ilhaq etmək üçün hər hansı bir tədbir görməkdən çəkinməsini istəyib. Belə bir addımın beynəlxalq hüquqa zidd olacağı və Yaxın Şərq probleminin iki dövlətin yaradılması yolu ilə həllini təhlükə altına alacağı vurğulanıb.


Bəyanatda deyilir ki, respublika prezidenti Fransanın İsrailin təhlükəsizliyinə və Yaxın Şərqdəki gərginliyi azaltmaq əzminə sadiqliyini bir daha təkrarlayıb. Makron, həmçinin Fransa və İsraili bağlayan dostluq və etimada sadiqliyini ifadə edib.




Mənbə: TASS Oxunub: 210 dəfə; Tarix: 2020-07-10 11:54
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!