İraqda hava limanının zərbəyə məruz qalması təkzib edildi


Eastnews.org-un verdiyi xəbərə görə, İraq təhlükəsizlik qüvvələrinin mətbuat xidməti Bağdad beynəlxalq hava limanı ərazisi yaxınlığına raket atıldığı xəbərini təkzib edib.

 

“Bir çox KİV-lərdə Bağdad Beynəlxalq Hava Limanının terminalı yaxınlığında “Katyuşa” raketinin düşməsi barədə xəbərlər yayımlanır. Bu xəbəri tamamilə təkzib edirik. Mediadan dəqiqliyi təmin etməyə və məlumatı yalnız təhlükəsizlik orqanlarının mətbuat xidmətindən almağa çağırırıq”, - deyə məlumatda bildirilir.

 

Xatırladaq ki, ötən gün “Al-Sumariya” televiziya kanalı təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən Bağdad hava limanı yaxınlığına raketin düşməsi barədə məlumat verib.




Mənbə: RİA Oxunub: 147 dəfə; Tarix: 2020-07-06 12:52
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!