"Taliban" rəsmisi ABŞ-a etiraz etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın "Taliban" qruplaşmasının mətbuat katibi Zabihullah Mücahid ABŞ-ın son iddialarına münasibət bildirib.

 

Zəbihullah Mücahid açıqlamasında vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi son hesabat sülh prosesinə zərbə vurur.

 

"Bu hesabat yalandır və saxtadır. Bizim məqsədimiz hələ də cəmiyyətdə sabitliyi təmin etməkdir", - deyə Zəbihullah Mücahid diqqətə çatdırıb.

 

O, qeyd edib ki, ABŞ Qətərdə əldə olunan razılaşmaya tam olaraq bağlı qalmalıdır.

 

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Konqresə təqdim etdiyi hesabatda "əl-Qaidə" və "Taliban" arasında hələ də əlaqələrin mövcud olduğunu iddia etmişdi.




Mənbə: Parstoday Oxunub: 118 dəfə; Tarix: 2020-07-06 10:57
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!